"Tovuz şəhərində yeni infrastruktur layihələri davam edəcək".
Offsideplus.az xəbər verir ki, bunu "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib. O, daha bir meydança tikiləcəyinin də müjdəsini verib.
"Tovuz şəhərində "Huner Group" ərazi satın alaraq orada bir süni meydança tikməyi planlaşdırırıq".
E. Quliyev eyni zamanda yayda Tovuz şəhər Stadionunun süni ot örtüyünün dəyişdiriləcəyini də bildirib.



