Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yığmamız Latviya seçməsi ilə üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolumuzu Nihad İsmayılov vurub.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki iki oyununda Çexiya ilə qarşılaşmışdı - 1:2, 2:2.


