"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın Qlivitse şəhərində yerli "Piast" klubunun qonağı olub.
"Prezero Arena"da təşkil olunan matç təmsilçimizin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk turda Macarıstan "Uypeşt"ini 5:4 hesabı ilə üstələsə də, növbəti görüşdə Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya məğlub olub - 3:5.
Beləliklə, "Naxçıvan" təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb. Qrupu lider başa vuran "Piast" növbəti mərhələyə yüksəlib.


