"Barselona" klubunun futbolçusu Robert Levandovski Polşa millisinin toplanışı zamanı zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə “Barselona” klubu məlumat yayıb.

Hücumçunun sol bud nahiyəsində ciddi zədə aşkarlanıb. 

Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.