"Neftçi"nin yeni çalışdırıcısının adına aydınlıq gəlmək üzrədir.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin yeni baş məşqçisi olacaq Viktor Qonçarenko bu gün "ağ qaralar"ın stadionu "Bakcell Arena"da olub.
44 yaşlı mütəxəssislə rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Qonçarenko daha əvvəl məşqçilik karyerasında BATE, "Kuban", "Ural", "Ufa", ÇSKA ( Moskva ) və "Krasnodar"da işləyib.
Offsideplus.az


