Portuqaliyalı mütəxəssis Paulu Fonseka "Sportinq"in baş məşqçisi vəzifəsinə gətirilib.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı məşqçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Fonseka mövsümün gedişində Fransanın "Lion" klubundan ayrılaraq Portuqaliya təmsilçisinə keçib. Fransız klubu bu transferə görə 5 milyon avro təzminat alacaq.

Hazırda "Sportinq" Portuqaliya çempionatında 10 oyundan sonra 21 xalla üçüncü pillədə qərarlaşıb.