"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının AEK-lə oyunundan (3:2) sonra Vinisius Juniorla iş prinsipi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı futbolçuya necə yanaşmaq barədə sualı belə cavablandırıb: "Əgər bunu faizlə ifadə etsək, hazırda belə alınır: 80 faiz yumşaq yanaşma, 20 faiz sərtlik".

Vinisius bu mövsüm "Real Madrid"də 12 oyunda 1 qol vurub. AEK-lə qarşılaşmada onun 3 zərbəsi olub, amma heç biri qapı istiqamətində olmayıb. Onun xG göstəricisi 0.17-dir. QOL İndeksinə görə Vinisius start heyətində ən aşağı – 6.6 qiymət alıb.