İtaliyanın "Komo" klubu Çempionlar Liqasının tarixində ən böyük səfər qələbəsinə imza atıb.
Offsideplus.az xəbər verir ki, Franseska Fabreqasın başçılıq etdiyi kollektiv ümumi mərhələnin 4-cü turunda səfərdə "Lans"ı 9:1 hesabı ilə darmadağın edib. Bu nəticə ilə "Komo" turnirin tarixində səfərdə ən böyük hesablı qələbə qazanan komanda olub və bir oyunda doqquz qol vuran ikinci klub kimi tarixə düşüb.
Bundan əvvəl "Bavariya Münhen" 2024-cü ildə Zaqreb "Dinamo"su ilə qarşılaşmada 9:2 hesabı ilə qalib gəlmişdi. Lombardiya təmsilçisi həm də hesab fərqinə görə rekordu təkrarlayıb. 6 noyabr 2007-ci ildə "Liverpul" "Beşiktaş"ı 8:0, 8 dekabr 2015-ci ildə isə "Real Madrid" "Malmö"nü 8:0 hesabı ilə məğlub etmişdi.


