İspaniyalı baş məşqçi Sesk Fabreqas "Komonun" Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda səfərdə "Lans" üzərində 9:1 hesablı qələbəsini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Fabreqas bu nəticənin komanda və azarkeşlər üçün çox sevindirici olduğunu bildirib. "Bu, bizim üçün çox sevincli axşamdır. Futbol belədir – hər şey bizim xeyrimizə alındı, amma artıq bazar günü "İnter"lə oyunu düşünürük. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Bu, "Komo" və azarkeşlər üçün əla axşamdır, amma reallıqdan uzaqlaşmamalı, təvazökar olmalı və daha çox çalışmalıyıq. Şübhəsiz, axşam möhtəşəmdir, lakin əsas odur ki, keyfiyyətli oyunumuzu davam etdirək. Buraxılan qola görə əsəbiyəm", – deyə Fabreqas vurğulayıb.
O, qarşıda "PSJ" (20 yanvar) və "Barselona" (27 yanvar) ilə Çempionlar Liqasında keçiriləcək oyunların vacibliyini qeyd edib: "Turnirin başlanğıc mərhələsində mümkün qədər çox xal toplamaq çox önəmli idi. Qarşıda hələ çox oyun var. Zədələr səbəbindən bir sıra oyunçularımız heyətdə yoxdur. Bazar günü "İnter"lə qarşılaşmada son gücümüzü ortaya qoyacağıq, sonra isə bir qədər dincələcəyik – buna ehtiyacımız var".


