Fransanın "Lans" klubunun baş məşqçisi Yann Kayozaq Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda "Komon"a 1:9 hesabı ilə uduzduqları oyunu alçaldıcı adlandırıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Canal+ kanalına açıqlamasında bu məğlubiyyətin komanda üçün ağır zərbə olduğunu bildirib:
"Komandaya nə dediyimi açıqlamaq istəmirəm, bu, paltardəyişmə otağında qalacaq. Yadıma gələn yeganə söz alçaldılmaq hissidir. Bütün komponentlərdə bizdən üstün oldular. İndi bu nəticəyə izah tapmaq çətindir. Özümüzə fokuslanacağıq, hər şeyi təhlil edəcəyik, yaxşı və pis tərəfləri müəyyənləşdirəcəyik və bazar günü "Marsel"lə oyuna hazırlaşacağıq. Burada əsas məsələ ləyaqət hissidir. Problem təkcə oyun planının yerinə yetirilməməsində deyil – bu hesab taktiki səhvlərdən çox-çox kənara çıxır. Özümüzə gəlməli, toparlanmalı və güzgüyə baxanda utanmamalıyıq. Bəli, vəziyyəti düzəltməyə gücüm çatır. Əgər təslim olacağımı düşünürsünüzsə, məni yaxşı tanımırsınız. Başımızı dik tutub yolumuza davam edəcəyik".
Qeyd edək ki, Kayozaq "Lans"ın baş məşqçisi kimi 8 oyunda 3 qələbə qazanıb, 5 dəfə məğlub olub.


