Argentina millisinin müdafiəçisi Nauel Molina karyerasını İtaliyanın "Roma" klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi "Atletiko"dan "Roma"ya keçib və yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək. Madrid təmsilçisi bu transferdən 13 milyon avro və əlavə 4 milyon avro bonus əldə edəcək.

Ötən mövsüm Molina La Liqada 26 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.