"Liverpul" Fransanın PSJ klubunun iki hücumçusunu transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, ingilislər 18 yaşlı sağ cinah oyunçusu İbrahima Mbayenin keçidi üçün danışıqlara başlayacaq.

Seneqal millisinin üzvü Mersisayd təmsilçisinə keçməyə razılıq verib və yaxın günlərdə tərəflər arasında rəsmi danışıqlar gözlənilir.

Bildirilir ki, "Liverpul" həmçinin Brədli Barkolanı da heyətinə qatmaq istəyir.