"İnter" 0:2 hesabı ilə geri düşdüyü görüşü öz xeyrinə çevirməyi bacararaq İtaliya Kubokunda finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, "neradzuri" iki oyunun cəmində "Komo"ya 3:2 hesabı ilə qalib gəlib.

Bu geri dönüşdə Hakan Çalhanoğlunun xüsusi rolu olub. O, 2 qol və 1 assistlə çıxış edib.

Qarşılaşmadan sonra "Komo"nun baş məşqçisi Sesk Fabreqas türkiyəli futbolçunun oyununu yüksək qiymətləndirib:

"Mən Hakan Çalhanoğlunun heyranıyam. "İnter"ə qarşı oynayanda ilk baxdığım şey onun meydanda olub-olmamasıdır və oyun planımızı məhz buna görə qururuq. Onun kimi çempionlar, siz qüsursuz bir oyun çıxarsanız belə, mütləq bir çıxış yolu tapırlar. Pirlo, Modriç və Kroos kimi oyunçuların sayı dünyada elə də çox deyil. Hakan Çalhanoğlu elə bir futbolçudur ki, həqiqətən də onun ətrafında bütöv bir komanda qura bilərsiniz. Onu bu səviyyədə görmək inanılmazdır, komandanı təkbaşına idarə edir".