Formula 1-də mövsümün 8-ci yarışı bu həftəsonu Avstriyada keçirilir.
Offsideplus.az xəbər verir ki, poul mübarizəsində "Mersedes"in pilotu Corc Rassell bütün rəqiblərini qabaqlamağı bacarıb.
2 və 3-cü yerləri müvafiq olaraq "Ferrari" pilotları Şarl Lekler və Lyuis Hemilton tutub.
Çempionatın lideri Kimi Antonelli 4-cü yerlə kifayətlənməli olub.
İlk beşliyi isə Maks Ferstappen tamamlayıb.
Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


