Futbol azarkeşlərini maraqlandıran əsas suallardan biri Lionel Messinin DÇ-2026-da iştirak edib-etməyəcəyidir.
Offsideplus.az xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni bu suala belə cavab verib:
"Orada olub-olmayacağına özü qərar verəcək və istənilən halda biz onun qərarını dəstəkləyəcəyik. Hər şey yaxşı gedir, amma altı ay uzun müddətdir".
Qeyd edək ki, Argentina DÇ-2026-da J qrupunda mübarizə aparacaq. Onların rəqibləri Avstriya, Əlcəzair və İordaniya yığması olacaq.



