Gələn ilin yayında baş tutacaq futbol üzrə dünya çempionatının qrupları bu gün məlum olacaq.

Offsideplus.az xəbər verir ki, mundialda iştirak edəcək 48 komandadan 42-si artıq məlumdur.

Qalan 6 yığma komanda gələn ilin martında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər oynanılacaq.