Türkiyə - ABŞ oyunu türkiyəlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş məşqçi barədə qərar verilib.
Belə ki, ABŞ Futbol Federasiyası millinin baş məşqçisi Maurisio Poçettinoya yeni və uzunmüddətli müqavilə təklif edib.
Əldə olunan son məlumatlara görə, federasiya rəhbərliyi argentinalı mütəxəssisə mövcud müqavilənin müddətini daha 4 mövsüm uzatmağı təklif edib. Bu addımın əsas məqsədi Poçettinonun rəhbərliyi altında komandanın 2030-cu il Dünya Çempionatına hazırlanmasını təmin etməkdir.
Təcrübəli baş məşqçinin bu təklifə necə cavab verəcəyi isə hələlik dəqiq deyil. Bildirilir ki, Maurisio Poçettino gələcəyi ilə bağlı yekun qərarını hazırda davam edən Dünya Çempionatı başa çatdıqdan sonra verəcək.
Xatırladaq ki, karyerası ərzində "Espanyol", "Sauthempton", "Tottenhem", "Paris Sen-Jermen" və "Çelsi" kimi Avropanın nəhəng klublarını çalışdırmış Poçettino hazırda ABŞ milli komandasının uğurları üçün tər tökür.
Federasiya rəhbərliyi onun sistemindən və komandaya qazandırdığı oyun üslubundan olduqca məmnundur.



