2025-ci ilin ən yaxşı kişi klubu adına namizədlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "France Football" nəşri 5 klubu namizəd olaraq irəli sürüb. Bu klublar "Barselona", "Botafoqo", "Çelsi", "Liverpul" və PSJ-dir.
Ən yaxşı qadın futbol klubu adı üçün isə "Arsenal", "Barselona", "Çelsi", "Olimpik Lionnes" və "Orlando Prayd" komandaları mübarizə aparacaq.
Qeyd edək ki, sentyabrın 22-də təqdim ediləcək "Qızıl Top" mükafatlandırma mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.



