Aprelin 26-27-də Qubada 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi təşkil olunacaq.

Offsideplus.az xəbər verir ki, turnir AFFA-nın təşkilatçılığı ilə keçirilir. Bu barədə qurumun rəsmi saytı məlumat verib.

Turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq. Oyunlar Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır.