Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasına yeni üzvlər seçilib.
Offsideplus.az xəbər verir ki, komissiyanın bu gün keçirilən iclasında həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə baxılıb.
Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.
Atletlər Komissiyasında 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) sədr, Fəridə Əzizova (taekvondo) sədrin müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) isə üzvlər kimi fəaliyyət göstərəcək.