"Napoli" - "Qarabağ" oyunu İtaliya və Azərbaycan klublarının 9-cu dueli olacaq.
Offsideplus.az xəbər verir ki, ilk dəfə bu ölkənin təmsilçiləri 2012-ci ildə üz-üzə gəlib.
Avropa Liqasında mübarizə aparan "Neftçi" "İnter"lə üz-üzə gəlib. "Ağ-qaralar" Bakıda məğlub olsa da, səfərdə heç-heçə etməyi bacarıb - 1:3, 2:2.
Növbəti rəqib də "İnter" olub. Amma bu dəfə onlar "Qarabağ"la qarşılaşıb. İtaliya klubu evində 2:0 hesabı ilə qalib gəlib. Bakıdakı oyun isə qolsuz heç-heçə ilə yekunlaşıb.
Daha sonra "Qarabağ" "Fiorentina" ilə Avropa Liqasının qrup mərhələsində rəqib olub və "köhlən atlar" hər iki oyunda məğlub olub - 1:5, 1:2.
Qurban Qurbanovun komandası Çempionlar Liqasında çıxış etdiyi ilk mövsümdə qrup mərhələsində "Roma" ilə rəqib olub. "Canavarlar" hər iki oyunda təmsilçimizə qalib gəlib - 2:1, 1:0.
Görək, 9-cu dueldə "Qarabağ" Azərbaycan klublarının ilk qələbəsini qazana biləcəkmi?



