PSJ sabah Çempionlar Liqasının Liqa mərhələsində "Barselona"nın qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi bu oyuna ciddi itkilərlə yollanıb.
Onlar bu görüşdə Usman Dembele, Dezire Due, Xviça Kvaratsxeliya və Markinyosdan yararlana bilməyəcək.
Qeyd edək ki, "Barselona" - PSJ matçı sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



