UEFA Madrid "Real"ının müdafiəçisi Dani Karvaxalı sərt cəzalandıra bilər.
Offsideplus.az xəbər verir ki, buna ispan futbolçunun dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə "Arsenal"ın hücumçusu Bukayo Saka ilə əlbəyaxaya çıxması səbəb göstərilir.
Belə ki, matçın fasiləsində komandalar soyunub-geyinmə otağına yollanarkən, Saka oyunu zədə ucbatından buraxan Karvaxalla toqquşub. Mübahisə zamanı "Real"ın futbolçusu ingilis oyunçunu itələyib. Hadisəyə hətta yerli polis də müdaxilə etməli olub.
Bu hərəkətinə görə Karvaxal UEFA tərəfindən 4 oyunluq cəza ala bilər. Belə olarsa, təcrübəli müdafiəçini Çempionlar Liqasında bu ilin noyabrından tez görmək mümkün olmayacaq.



