"Qarabağ" - "Ayntraxt" oyunu saat neçədə başlayacaq?

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində VII turunda baş tutacaq bu matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, 6 turdan sonra "Qarabağ"ın aktivində 7, "Ayntraxt"ın isə 4 xalı var.