"Absheron Lions" baş məşqçisi Erhan Toker oyunu şərh etdi
Offsideplus.az xəbər verir ki, o, NTD komandası ilə oyun barədə fikirlərini bölüşüb:
“Milli komandanın oyunları ilə əlaqədar çempionatda fasilə yaranmışdı. Mən yığma ilə birgə idim, həmçinin 2 oyunçumuz istirahətdə idi. Komanda bu oyun ərəfəsində yenidən bir araya gəldi. Bu baxımdan bəlkə də müdafiədə problemlər özünü göstərdi. Konsentrasiya olunmaqda çətinlik çəkdik. Oyun daha rahat keçə bilərdi. Qarşıdakı həftələrdə çalışıb daha hazır formaya gələcəyik. Qələbə münasibəti ilə basketbolçularımı təbrik edirəm, rəqibə də mübarizəsinə görə təşəkkür edirəm”, – deyə Toker bildirib.



