Almaniya millisi 2026-cı il dünya çempionatı üçün yeni baş məşqçi variantını nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, Almaniya Futbol Federasiyası yığmanın sükanı arxasına Yurgen Kloppu gətirmək ehtimalını qiymətləndirir. Bu qərar hazırkı baş məşqçi Yulian Naqelsmanın postunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərdən sonra gündəmə gəlib.
Bildirilir ki, Almaniya millisi 2026-cı il dünya çempionatına qədər komandanın rəhbərliyində dəyişiklik etmək variantını da nəzərdən keçirir və bu halda əsas namizədlərdən biri məhz Yurgen Klopp hesab olunur.


