NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Absheron Lions-a 87:102 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın ağır keçəcəyini əvvəlcədən gözlədiklərini bildirib:

“Bu matça yaxşı hazırlaşmışdıq. Təəssüf ki, yeni transferimiz Tay Kokfild bu oyunda iştirak edə bilmədi. Onun anası vəfat etdiyinə görə komandadan uzaq qaldı. Matça onunla birlikdə hazırlaşmışdıq və müxtəlif kombinasiyaları onun üzərində qurmuşduq. Təbii ki, onun iştirakı bizim işimizi asanlaşdırardı. Amma vəziyyət belə alındı. Mübarizə apardıq, lakin iki oyunçumuz 5 cərimə limitinə çataraq meydanı tərk etmək məcburiyyətində qaldı. Təəssüf ki, hələ də tam heyətlə oynaya bilmirik”.

Baş məşqçi növbəti görüş haqqında da danışıb:

“Qarşıda bizi ‘Şəki’ ilə oyun gözləyir. Bu matça ciddi şəkildə hazırlaşacağıq. Çempionatda ilk qələbəmizi qazanmaq istəyirik”, – deyə Baxşıyev əlavə edib.