"Naxçıvan" basketbol klubu növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Şanon Qrant ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı basketbolçu 211 sm boya malikdir. O, pivot kimi çıxış edir.

ABŞ-lı basketbolçu daha əvvəl Gürcüstanın “Delta” klubunun şərəfini qoruyub.