Təcrübəli basketbolçu Kris Pol cari mövsümün sonunda karyerasını başa vuracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Shams Charania məlumat yayıb.
K. Pol bu yay sabiq komandası Los Angeles Clippers klubuna qayıdıb.
O, 2005-ci ildən NBA-dədir.
40 yaşlı basketbolçu NBA tarixinin ən çox assist edən 2-ci oyunçusudur.



