Qadın basketbolçular arasında 2027-ci ildə Avropa çempionatı baş tutacaq.
Offsideplus.az xəbər verir ki, yığmamız hazırda bu turnirin seçmə mərhələsində çıxış edir.
Evren Alkayanın komandası bu gün Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Yığmamız bundan əvvəlki iki görüşdə məğlub olub.



