Qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Evren Alkayanın başçılıq etdiyi komanda Monteneqroya məğlub olub - 62:104.

Türkiyəli mütəxəssis görüşdən sonra oyunla bağlı fikirlərini bildirib:

"Çətin oyun başa çatdı. Hər keçən gün daha yaxşı komanda olma yolundayıq. Çox gənc komandayıq. Bu turnirləri yaxşı dəyərləndirib, oyunçularımızı gələcəyə hazırlayacağıq. 

Bu gün digər gənc oyunçularımızın iştirakı ilə daha çox xal atdıq. Ribaundlarda və hücumda yaxşı işlər gördük. Ümid edirəm, gələcəkdə bu komanda ilə qürur duyacağıq".