“LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunun G qrupunda IV tur oyununda Türkiyənin “Denizli Basket” kollektivini əlavə vaxtda məğlub edib.
Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmanın əsas vaxtı 80:80 hesabı ilə başa çatsa da, overtaymda daha inamlı oyun sərgiləyən “şirlər” 94:86 hesablı qələbə qazanaraq cari mövsümdə ilk uğuruna imza atıblar.
"LANDAU Lions"ın ulduzu Ceyms Freyzer qarşılaşmanı 41 xalla başa vurub və qələbədə mühüm rol oynayıb.


