Belçikanın Antverpen şəhərində keçirilən 3x3 basketbol üzrə Avropa kubokunda Azərbaycanın qadınlardan ibarət milli komandası yarımfinal oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, qrup mərhələsində Niderlanda uduzan (12:21), Ukraynanı isə üstələyən (20:7) basketbolçularımız 1/4 finalda Fransa yığmasını məğlub etməyi (20:15) bacarmışdı.
Yarımfinalda rəqib İspaniya millisi olub. Orada rəqib 20:16 hesabla qalib gəlib və finala yüksəlib.
Millimiz isə bürünc medal uğrunda görüşdə Sloveniya ilə qarşılaşacaq.
22:15 / Azərbaycan - Sloveniya


