Çinin Şanxay şəhərində 3x3 qadın basketbolu üzrə Dünya Seriyasının final mərhələsi bu gün başa çatacaq.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Neftçi SOCAR" 1/4 final çərçivəsində Monqolustanın "Ulanbatar Amazons" klubunu 21:18 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Təmsilçimiz bu mərhələdə Fransa seçməsi ilə qarşılaşıb və 13:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "ağ-qaralar" yarımfinal oyununda 4-cü oyunçu Aio Katsuranın köməyindən istifadə edə bilməyib və qarşılaşmanı 3 basketbolçu ilə bitirmək məcburiyyətində qalıb.


