Bu gün Yaponiyanın Takasaki şəhərində qadın basketbolçular arasında 3x3 Dünya Seriyasının 24-cü mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Neftçi SOCAR" klubu B qrupunda Yaponiya millisi və yerli "Takasaki" kollektivi ilə mübarizə aparacaq.
Artıq ilk oyun baş tutub. "Ağ-qaralar" Yaponiya yığmasını məğlubiyyətə uğradıb - 15:14.
"Neftçi SOCAR" ikinci oyunda "Takasaki"yə məğlub olsa da, növbəti mərhələyə adlamağı bacarıb.
Matçların təqvimi:
-
09:50. "Neftçi SOCAR" – Yaponiya 15:14
-
14:10. "Neftçi SOCAR" – "Takasaki" 13:14
"Neftçi" 1/4 finalda Tailand yığması ilə üz-üzə gələcək.


