3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasında növbəti sınağına çıxıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz “Bordeaux Women’s Series 2026” turnirində 1/4 final oyununu keçirib.

"Ağ-qaralar" İspaniya ilə üz-üzə gəlib.

Təmsilçimiz 12:13 hesabı ilə məğlub olaraq mübarizəni 1/4 finalda dayandırıb.

Qeyd edək ki, "Neftçi SOCAR" qrup mərhələsində İtaliya yığmasına (16:18) uduzsa da, Çilini məğlub etmişdi - 21:17.