Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının Bakıda ("Sea Breeze") keçirilən 20-ci mərhələsinə bu gün yekun vurulur.
Offsideplus.az xəbər verir ki, B qrupunda "Arrasate" (12:10) və "Yantszin" (21:13) klublarını məğlub edən "Neftçi SOCAR" pley-offa vəsait qazanıb.
Brians Freyzer, Aoi Katsura, Aleksandra Mollenhauer və Çelsi Nelsondan ibarət heyətlə mübarizə aparan Bakı təmsilçisi 1/4 finalda İspaniya "Madrid"i ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 12:12 hesabı ilə başa çatıb. Overtaymda isə "Madrid" qalib gəlib - 14:12.
Beləliklə, təmsilçimiz üçün mübarizə başa çatıb.


