Bu gün "Sea Breeze" istirahət mərkəzində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının 20-ci mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan milli komandası və "Neftçi SOCAR" klubu təmsil edəcək.
Təsnifat mərhələsindən mübarizəyə başlayan Azərbaycan yığması hər iki oyunda məğlub olaraq mübarizəni dayandırıb.
Təsnifat oyunlarının təqvimi:
-
10:00. Ukrayna – Azərbaycan 14:5
-
10:50. Misir – Azərbaycan 21:7
Digər təmsilçimiz "Neftçi SOCAR" isə birbaşa əsas mərhələdə mübarizə aparacaq. B qrupunda yarışan komandamız "Arrasate" və "Yantszin" klubları ilə qüvvəsini sınayıb və hər iki oyunda qələbə qazanıb:
-
15:50. "Neftçi SOCAR" – "Arrasate" 12:10
-
17:40. "Neftçi SOCAR" – "Yantszin" 21:13
Bu qələbələr "ağ-qaralar"ı 1/4 finala yüksəldib. Bu mərhələnin oyunları sabah keçiriləcək.


