"Gəncə" klubu basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirlib.
Gəncə basketbol məktəbinin yetirməsi olan 24 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna kimi müqavilə bağlanıb.


