Bu gün Bakıda 3X3 basketbol üzrə Qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycan millisi və "Neftçi SOCAR" mübarizə aparacaq.
Millimiz yarışa təsnifat mərhələsindən başlayacaq və B qrupunda Benin və Braziliya yığmaları ilə qarşılaşacaq.
Azərbaycan yığması ilk oyunda Benini rahatlıqla məğlub edib. Yığmamız Braziliya ilə isə bacarmayıb - 9:19.
10:25 Azərbaycan – Benin 21:3
12:05 Azərbaycan – Braziliya 9:19
Beləliklə, Azərbaycan qrupda ikinci yeri tutub və əsas mərhələyə vəsiqə qazana bilməyib.
"Neftçi SOCAR" isə birbaşa əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə qüvvəsini sınayıb və qrupu bir qələbə, bir məğlubiyyətlə başa vurub. Onlar qrupu ikinci yerdə bitib və 1/4 finala yüksəlməyi bacarıb.
16:15 "Neftçi SOCAR" – "Praqa" 18:14
18:05 "Neftçi SOCAR" – Litva 16:21


