"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, komandamız əsas mərhələnin A qrupunda Macarıstan və Slovakiya yığmaları ilə qüvvəsini sınayıb.
Təmsilçimiz hər iki komandanı məğlub etməyi bacarıb.
1/4 finala yüksələn "Neftçi" bu mərhələdə C qrupunun ikincisinə qarşı oynayacaq.
19:30 "Neftçi" - Macarıstan 19:18 (əlavə vaxt)
21:40 "Neftçi" - Slovakiya 21:14


