Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komandamız günün ilk oyununda Çexiya seçməsi ilə üz-üzə gəlib. Komandamız görüşdə 14:11 hesabı ilə qalib gəlib.

Yığmamız növbəti oyununda isə turnirin ev sahibi Polşa ilə qarşılaşıb və ev sahibləri üzərində 20:13 hesablı qələbə qazanıb.

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi iyunun 1-də keçirdiyi ilk oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub etsə də, Niderland kollektivinə uduzub - 13:19.

Beləliklə, qızlarımız qrup ikincisi olaraq, dünya çempionatında pley-in mərhələsinə vəsiqə qazanıb. Millimiz 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə üz-üzə gələcək.