Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək "Genk" (Belçika) - "Betis" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. 

Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.