Mateo Reteqi "Atalanta"dan Səudiyyə Ərəbistanının "Əl Qədsiə" klubuna transfer olunub.
Offsideplus.az xəbər verir ki, A Seriyası nəhəngi italiyalı hücumçu üçün 65 milyon avro gəlir əldə edəcək. Ərəb klubu 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Reteqi 2023-cü ildən İtaliya milli komandasının formasını geyinir.



