İtaliyanın "Komo" klubu "Qalatasaray"ın müdafiəçisi Davinson Sançesi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi kolumbiyalı futbolçu üçün "sarı-qırmızılar"a 18+2 milyon avro təklif edib.
Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.
"Qalatasaray" isə D. Sançesi satmağı düşünmür. İstanbul nəhəngi onunla müqavilə uzatmağı planlaşdırır.
Kolumbiyalı müdafiəçi 2 mövsümdür "sarı-qırmızılar"da çıxış edir. O, burada 76 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.



