"Qalatasaray"ın yeni kapitanı bəlli olub.
Offsideplus.az xəbər verir ki, 2025-26 mövsümündə "sarı-qırmızılar"ın kapitan sarğısını Mauro İkardi daşıyacaq. Bu barədə komandanın baş məşqçisi Okan Buruk məlumat yayıb:
"İkardi Fernando Musleradan sonrakı kapitanımız idi. Musleranın komandadan ayrılması ilə kapitanlıq vəzifəsini İkardi icra edəcək".
Qeyd edək ki, argentinalı hücumçu 2022-ci ildən "Cim-Bom"un formasını geyinir.



