"Qalatasaray" daha bir məşhur futbolçu transferi gerçəkləşdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlanır. Klub italiyalı qolkiperi heyətində görmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb. 26 yaşlı qapıçının klubla müqaviləsinin müddəti bir il sonra başa çatacaq və "Qalatasaray" bundan istifadə edərək, italiyalını transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Donnarumma 2021-ci ildə "Milan"dan Paris təmsilçisinə transfer olunub. O, ötən mövsümü Liqa 1 və Çempionlar Liqası çempionluğu ilə başa vurub, ümumilikdə 47 oyuna çıxıb, 43 top buraxıb, 17 oyunda qapısını toxunulmaz saxlayıb.



