"Qalatasaray" Viktor Osimhenin transferi ilə bağlı razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" Osimhen üçün "Napoli" klubuna ümumilikdə 75 milyon avro ödəyəcək. 40 milyon avro ilkin ödəniş olacaq, növbəti il isə 35 milyon avro ödəniləcək.
Müqavilədə 5 milyon avroluq bonus bəndi yer alıb. Osimhenin sonrakı satışından "Napoli" klubuna 10% pay veriləcək.
Bundan əlavə, "Qalatasaray" rəhbərliyi 2 il ərzində onu heç bir İtaliya klubuna sata bilməz.
Qeyd edək ki, nigeriyalı hücumçu ötən mövsümü icarə əsasında "sarı-qırmızılar"da keçirmişdi.



