"Beşiktaş" daha bir keçidi rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu Kayl Uoker-Pitersi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngilis futbolçu sabah Türkiyədə olacaq. O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Uoker-Piters bu yay "Beşiktaş"ın 4-cü transferi olub. Onlar daha öncə Temmi Abraham, David Juraşek və Orkun Kökçünü transfer edib.