Qazaxıstanın "AKAS" klubunun baş məşqçisi Dovran Kendjaxunov təcrübəsini artırmaq üçün Azərbaycana üz tutub.

Offsideplus.az xəbər verir ki, o, "Qarabağ"ın düşərgəsində olub.

Almatı təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, bu təşəbbüs birbaşa Qurban Qurbanovun dəvəti ilə gerçəkləşib.

Kendjaxunov "Qarabağ"ın gündəlik həyatının bir parçası kimi əsas komandanın hazırlıq məşqlərində, taktik-nəzəri dərslərdə və analitik iclaslarda yer alır.

Bundan əlavə, o, klubun futbolçuların fiziki hazırlığı, tibbi bərpa prosesi və məşqçilər heyətinin idarəetmə metodologiyasını yaxından müşahidə etmək şansı qazanıb.

Qeyd edək ki, bu təcrübə proqramı avrokuboklarda uğurlu çıxışı ilə seçilən "Qarabağ"ın peşəkar iş prinsiplərini yerli mütəxəssislərə öyrətmək baxımından əhəmiyyətli hesab olunur.